Xəzər Xəbər

Medvedev Ukraynadakı müharibənin nə vaxt bitəcəyini AÇIQLADI

Dünya | 10:37 • 1 Oktyabr 2023
Medvedev Ukraynadakı müharibənin nə vaxt bitəcəyini

“Ukraynadakı müharibə Kiyev hakimiyyəti tamamilə məhv edilənə qədər davam edəcək”.

Bu açıqlama ilə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev çıxış edib.

“Xüsusi hərbi əməliyyat nasist Kiyev rejimi tamamilə məhv edilənə və Rusiyanın ilk əraziləri düşməndən azad edilənə qədər davam edəcək”, - Medvedev əlavə edib. 

O əlavə edib ki, sentyabrın 30-da qeyd olunan Yeni Regionların Rusiyaya Birləşdirilməsi Günü rus xalqının birliyinin simvoluna çevrilib.

Medvedev həmçinin bir il əvvəl Rusiya Federasiyasının yeni regionlarının sakinlərinin öz vətənləri ilə birlikdə qəbul etdikləri taleyüklü qərarı alqışlayıb və qələbəyə inamını ifadə edib. Sonda Təhlükəsizlik Şurası sədrinin müavini hər kəsi bayram münasibətilə təbrik edib.

Xəbər lenti