Qazaxıstanın Almatı şəhərindən 122 km məsafədə, Qırğızıstnla sərhəddə 6,2 maqnitudalı zəlzələ olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.
Seysmoloqların məlumatına görə, zəlzələ Almatıda iki-üç bal gücündə hiss olunub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.