Xəzər Xəbər

Ukrayna elektrik infrastrukturunun yenidən qurulması üçün 1 milyard dollardan çox vəsait toplayıb

Dünya | 09:28 • 30 Sentyabr 2023
Ukrayna elektrik infrastrukturunun yenidən qurulması üçün 1 milyard dollardan çox vəsait toplayıb

Ukraynanın elektrik sisteminin operatoru "Ukrenerqo" Rusiya ilə müharibədə zədələnmiş infrastrukturun təmiri üçün Qərb tərəfdaşlarından 1 milyard dollardan çox vəsait toplayıb.

Xezerxeber.az yerli “Ukrinform” agentliyinə istinadla xəbər verir ki, bu barədə "Ukrenerqo"nun rəhbəri Vladimir Kudritski bildirib.

O qeyd edib ki, zədələnmiş elektrik obyektlərini bərpa etmək, hətta modernləşdirmək üçün daha bir neçə yüz milyon dollar da tələb oluna bilər.

Rusiya ilə Ukrayna arasında müharibə nəticəsində Ukraynanın elektrik obyektlərinin ən azı yarısı zədələnib.

Xəbər lenti

Çox oxunanlar