Xəzər Xəbər

ABŞ-də kimyəvi silahların məhvi davam edir

Dünya | 09:33 • 30 Sentyabr 2023
ABŞ-də kimyəvi silahların məhvi davam edir

Bəyan edilmiş kimyəvi silah ehtiyatlarının ləğvi Birləşmiş Ştatlara 50 milyard dollardan baha başa gəlib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Silahlara Nəzarət Assosiasiyasının onlayn tədbiri zamanı müdafiə nazirinin köməkçisinin müavini Kinqston Rif bildirib.

"Bütün kimyəvi silahsızlaşdırma və 30,6 min ton ehtiyatın məhv edilməsi proqramının ümumi dəyəri təxminən 38 milyard dollardır. Kolorado və Kentukki ştatlarında kimyəvi silah ehtiyatlarının son 10 faizinin məhv edildiyi əlavə proqramın dəyəri isə təqribən 14 milyard dollardır”, - deyə o əlavə edib.

Rif bildirib ki, kimyəvi silahların ləğvi prosesi başa çatdıqdan sonra ABŞ onların məhv edildiyi obyektləri sökəcək: “Ləğvetmə obyektlərinin bağlanması üç-dörd il və təxminən 2 milyard dollar tələb edəcək.

Qeyd edək ki, bu il iyulun 7-də ABŞ Prezidenti Co Bayden bəyan edilmiş Amerika kimyəvi silah ehtiyatlarının ləğvinin başa çatdığını elan edib.

Xəbər lenti