Xəzər Xəbər

Paşinyana sui-qəsdə çağırış edən siyasi fəal həbs edilib

Dünya | 12:38 • 29 Sentyabr 2023
Paşinyana sui-qəsdə çağırış edən siyasi fəal həbs edilib

Ermənistanda Paşinyana sui-qəsdə çağıran siyasi fəal həbs edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. 

Məlumatda deyilir ki, qərbyönlü “Milli Demokratik Qütb” siyasi blokunun nümayəndəsi, siyasi fəal Muşeq Şuşanyan 2 ay müddətinə həbs edilib.

Şuşanyan həbsi barədə İstintaq Komitəsinin vəsatəti məhkəmə tərəfindən edilib, hazırda ibtidai istintaq davam edir.

Xatırladaq ki, Şuşanyan dünən Ermənistan İstintaq Komitəsi tərəfindən saxlanılıb. Onun saxlanılmasına səbəb kimi ölkənin Baş naziri Nikol Paşinyana qarşı sui-qəsdə çağırış göstərilib.

Xəbər lenti