Xəzər Xəbər

Co Bayden Qazaxıstana səfər edə bilər

Dünya | 13:41 • 29 Sentyabr 2023
Co Bayden Qazaxıstana səfər edə bilər

ABŞ-nin Qazaxıstandakı səfiri Deniel Rozenblum Birləşmiş Ştatların dövlət başçısı Cozef Baydenin Qazaxıstana mümkün səfərini şərh edib.

"Kazinform" agentliyinə istinadla xəbər verir ki, səfir ABŞ liderinin Qazaxıstana və Mərkəzi Asiya regionuna artan marağını vurğulayıb və səfərin mümkünlüyünü istisna etməyib.

Xatırladaq ki, ötən həftə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Nyu-Yorka səfəri zamanı bir neçə miqyaslı tədbirdə, o cümlədən Mərkəzi Asiya ölkələri və ABŞ liderlərinin ilk sammitində iştirak edib.

Xəbər lenti

Çox oxunanlar