Xəzər Xəbər

Putin "Vaqner"in keçmiş baş qərargah rəisi ilə görüşüb

Dünya | 09:47 • 29 Sentyabr 2023
Putin "Vaqner"in keçmiş baş qərargah rəisi ilə görüşüb

Rusiya Prezidenti Vladimir Putin Kremldə müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və “Vaqner”in keçmiş baş qərargah rəisi Andrey Troşevlə görüşüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, görüşdə Ukraynada hərbi əməliyyatların iştirakçılarına dəstək və könüllü birləşmələrin formalaşdırılması ilə bağlı hərbi məsələlər müzakirə edilib. 

Putin bildirib ki, döyüş tapşırıqlarını yerinə yetirmiş və yerinə yetirən şəxsin statusundan asılı olmayaraq, sosial təminatlar eyni olmalıdır.

Prezident könüllü birləşmələrin yaradılması məsələsini də qaldırıb.

Xəbər lenti