Xəzər Xəbər

Ekvador prezidentliyinə namizədin qətlində əli olanlar barədə məlumata görə 5 milyon dollar təklif edildi

Dünya | 09:04 • 29 Sentyabr 2023
Ekvador prezidentliyinə namizədin qətlində əli olanlar barədə məlumata görə 5 milyon dollar təklif edildi

ABŞ hakimiyyət orqanları Ekvador prezidentliyinə namizəd Fernando Villavicencionun qətlində əli olanları saxlamağa imkan verəcək məlumat üçün 5 milyon dollar ödəməyə hazırdır.

Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Antoni Blinken bildirib.

Qeyd edilib ki, söhbət hələlik şəxsiyyətləri müəyyən edilməmiş cinayətkarlardan gedir. ABŞ, həmçinin “Villavicencionun qətlinə görə məsul olan transmilli mütəşəkkil cinayətkar qrup”u kimin idarə etdiyi barədə məlumat üçün də 1 milyon dollara qədər pul təklif edib.

Xatırladaq ki, siyasətçi avqustun 9-da Ekvadorun paytaxtında öldürülüb. Cinayətkarlar onu seçki iclasından sonra güllələyiblər.

Xəbər lenti