Xəzər Xəbər

Rusiya XİN: ABŞ və Britaniya Sevastopola hücum zamanı Ukraynaya kömək edib

Dünya | 12:59 • 27 Sentyabr 2023
Rusiya XİN: ABŞ və Britaniya Sevastopola hücum zamanı Ukraynaya kömək edib

Sevastopola hücum amerikalı və britaniyalı mütəxəssislərlə sıx koordinasiya əsasında həyata keçirilib.

Xezerxeber.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. 

“Sentyabrın 22-də Sevastopol yenidən hücuma məruz qaldı və hücumun Qərbin kəşfiyyat vasitələri, NATO peyk avadanlığı, kəşfiyyat təyyarələri ilə əvvəlcədən planlaşdırıldığına və Amerikanın Britaniya kəşfiyyat xidmətlərinin sıx koordinasiyası ilə həyata keçirildiyinə heç bir şübhə yoxdur”, deyə Zaxarova vurğulayıb.

Qeyd edək ki, sentyabrın 22-də Ukrayna Silahlı Qüvvələri Sevastopola raket hücumu həyata keçirib. Rusiyanın Qara Dəniz Donanmasının baş qərargahının binasına ziyan dəyib.

Xəbər lenti

Çox oxunanlar