Xəzər Xəbər

İraqda yanğın nəticəsində ölən və yaralananların sayı 450-yə çatıb

Dünya | 11:20 • 27 Sentyabr 2023
İraqda yanğın nəticəsində ölən və yaralananların sayı 450-yə çatıb

İraqın şimalında toy zamanı baş verən yanğın nəticəsində ölən və yaralananların sayı 450 nəfərə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə İraq Qızıl Aypara Cəmiyyəti sosial şəbəkədə məlumat yayıb.

Yanğının Mosulun şərqində yerləşən Həmdaniyyə şəhərində baş verdiyi bildirilir. Xilasedicilər yanğında ölənlərin və xəsarət alanlar sayı barədə hələlik dəqiq məlumat verməyiblər. “Al Arabiya” telekanalı isə hadisə nəticəsində ölənlərin sayının 120-yə çatdığını, daha 200 nəfərin isə yaralandığını bildirib.

İlkin məlumata görə, yanğına toy zamanı atəşfəşanlıq səbəb olub. İraq Səhiyyə Nazirliyi ölən və yaralananlarla bağlı məlumatı hələlik yeniləməyib: son rəsmi məlumatlara əsasən, faciə nəticəsində 100 nəfər ölüb, daha 150 nəfər yaralanıb.

Xəbər lenti