“Koza nostra” cinayətkar qruplaşmanın liderlərindən biri Matteo Messina Denaro İtaliyanın Lakuila şəhərindəki həbsxanada 63 yaşında vəfat edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə yerli ANSA agentliyi məlumat yayıb.
Məlumata görə, o, 2020-ci ildən yoğun bağırsaq xərçənginin ağır formasından əziyyət çəkirdi. Bu ilin yanvarında tutularaq cəzaçəkmə müəssisəsinə salındıqdan sonra o, həbsxana xəstəxanasında iki dəfə əməliyyat olunub.