Xəzər Xəbər

Fransa bu ilin sonunadək Nigerdən qoşunlarını çıxaracaq

Dünya | 09:19 • 25 Sentyabr 2023
Fransa bu ilin sonunadək Nigerdən qoşunlarını çıxaracaq

Fransa Nigerdə hakimiyyəti ələ keçirmiş üsyançılarla hərbi əməkdaşlıqdan imtina edir və bu Afrika ölkəsindən qoşunlarını çıxarmaq niyyətindədir.

Xezerxeber.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “TF1” telekanalına müsahibəsində deyib.

“Biz hazırkı Niger hakimiyyət orqanları ilə hərbi əməkdaşlığa son verəcəyik, çünki onlar artıq terrorla mübarizə aparmaq istəmirlər. Qarşıdakı həftələr və aylarda qoşunların nizamlı şəkildə çıxarılması zəruridir", - deyə E.Makron Niameydəki bazadan hərbçilərin çıxarılmasına münasibət bildirərkən söyləyib.

O, qoşunların tam çıxarılmasının bu ilin sonuna qədər baş tutacağını açıqlayıb.

Xəbər lenti

Çox oxunanlar