Birləşmiş Ərəb Əmirlikləri İrandan körfəzdəki Böyük və Kiçik Tunb, həmçinin Əbu Musa adalarının işğalına son qoymasını tələb edir.
Xezerxeber.az TASS agentliyinə istinadla xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri xanım Rim Əl Haşimi BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində keçirilən ümumi siyasi müzakirələrdə çıxışı zamanı deyib.
“Bu problem nə qədər davam etsə də, bizim bu adalara olan qanuni hüququmuz mövcud olmağa davam edəcək, zaman bizim o adalar üzərindəki suverenliyimizi ləğv etməyəcək. Əbu-Dabi bu problemi ya Tehranla birbaşa danışıqlar, ya da Beynəlxalq Ədalət Məhkəməsi vasitəsilə həll edəcək”, - deyə nazir vurğulayıb.