Xəzər Xəbər

İranda zavodda güclü partlayış olub, yaralılar var

Dünya | 16:56 • 20 Sentyabr 2023
İranda zavodda güclü partlayış olub, yaralılar var

İranda zavodda partlayış olub, nəticədə ən azı 21 nəfər yaralanıb

Xezerxeber.az xəbər verir ki, bu barədə yerli ISNA məlumat yayıb. 

Məlumata görə, hadisə Tehranın cənub-qərbindəki metallurgiya zavodunda baş verib. Hadisə yerinə dörd təcili yardım maşını göndərilib.

Yaralılar müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar, onlardan birinin vəziyyəti ağırdır.

Xəbər lenti