ABŞ gələn həftə Ukraynaya növbəti hərbi yardım paketini açıqlayacaq.
Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan brifinqdə bildirib.
“Biz daim Ukraynaya yeni hərbi yardım paketləri hazırlayırıq” - deyən Ceyk Sallivan ABŞ hakimiyyətinin növbəti tranşların ayrılması ilə bağlı Kiyevi müntəzəm məlumatlandırdığını xatırladıb.
ABŞ səlahiyyətliləri Prezident Co Baydenin sentyabrın 21-də Vaşinqtonda ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlar aparacağını bildiriblər. Bundan başqa, Zelenskinin Konqresdə Demokratlar və Respublikaçılar partiyalarının liderləri ilə görüşü də gözlənilir.