Xəzər Xəbər

Ukrayna Baxmut istiqamətində daha bir rayonu azad edib

Dünya | 18:23 • 14 Sentyabr 2023
Ukrayna Baxmut istiqamətində daha bir rayonu azad edib

Ukraynanın müdafiə qüvvələri Donetsk vilayətinin Andriivka rayonunu Rusiya qüvvələrindən azad edib və mövqelərdə möhkəmlənib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar "Telegram"da bildirib. 

"Andriivka bizimdir. Biz mövqelərimizin təhlükəziliyini təmin edirik", - o deyib.

Malyarın sözlərinə görə, Baxmut istiqamətində əsas döyüşlər Andriivka, Kurdyumivka və Klişçiivka rayonlarında davam edir: "Şimal cinahında düşmən itirilmiş mövqelərini geri almağa çalışır. Cənub cinahında isə uğurla irəliləyirik".

Xəbər lenti