"Ermənistanda inqilabı xalq etdi".
Xezerxeber.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan "Ermənistanda Rusiyanın təşəbbüsü ilə mümkün inqilab" ilə bağlı hər hansı narahatlığının olub-olmadığı barədə suala cavabında deyib.
Paşinyan parlamentdə sual-cavab sessiyasında bildirib ki, ölkədə “Vaqner” döyüşçülərinin olması ilə bağlı xəbərlərə hüquq-mühafizə orqanları reaksiya verməlidir:
"Ermənistanın hüquq-mühafizə orqanları mediada yer alan yazılara cavab verməlidir. Bildiyimə görə, bu, cinayət-prosessual məcəllədə də normadır. "Telegram" kanallarında belə bir xəbər çıxıb. Milli Təhlükəsizlik Xidməti öz səlahiyyətləri daxilində dərc edilmiş bu məlumatları yoxlayır", - Baş nazir deyib.
Qeyd edək ki, ötən həftə bir sıra Ermənistanın hökumətyönlü sosial media səhifələrində bu ölkədə guya "Vaqner"in 3000-dək döyüşçüsünün olduğu və yerli qüvvələrin dəstəyi ilə dövlət çevrilişi həyata keçirərək Baş naziri vəzifəsindən uzaqlaşdıracağı barədə məlumatlar yayılıb.