Türkiyənin Zonquldak vilayətinin Ereğli rayonunda yerləşən mədəndə çökmə nəticəsində bir nəfər dağıntılar altında qalıb.
Xezerxeber.az-ın xəbərinə görə, Zonquldak valisi Osman Hacıbektaşoğlu bildirib ki, dağıntılar altında qalmış dörd nəfərdən 3-ü xilas edilib. Xilas edilən işçilərdən ikisinin vəziyyəti ağırdır.
“Çökmə 4 işçinin çalışdığı yerdə olub. Onlardan 3-ü çıxarılıb. 1 nəfər dağıntılar altında qalıb. Çökmə zamanı mədəndə ümumilikdə 280 nəfər iş başında olub. 276 işçi hadisədən sonra mədəni tərk edib”, - deyə vali bildirib.
Osman Hacıbektaşoğlu mədəndə partlayış və yanğın olmadığını, çökmənin hansı səbəbdən baş verdiyinin araşdırıldığını da sözlərinə əlavə edib.
Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyi isə çökmə nəticəsində bir mədənçinin dünyasını dəyişdiyini açıqlayıb.