Xəzər Xəbər

Ermənistan ordusunun əsgəri intihar edib

Dünya | 14:00 • 13 Sentyabr 2023
Ermənistan ordusunun əsgəri intihar edib

Ermənistan ordusunun sentyabrın 12-də ölən əsgəri Aleks Avanesyanın intihar etdiyi məlum olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, əsgərin intihar etməsi ilkin versiyadır, istintaq davam edir.

Xatırladaq ki, A.Avanesyanın meyiti xidmət etdiyi hərbi hissənin ərazisindən aşkarlanıb. O, odlu silahdan aldığı yara nəticəsində ölüb.

Faktla bağlı Ermənistanın Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan hərbçini intihara sövq etmə maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti