Xəzər Xəbər

Avropa Komissiyasının Prezidenti: Ukraynanın gələcəyi Avropa İttifaqındadır

Dünya | 13:27 • 13 Sentyabr 2023
Avropa Komissiyasının Prezidenti: Ukraynanın gələcəyi Avropa İttifaqındadır

“Ukraynanın, Moldovanın və Qərbi Balkanların gələcəyi Avropa İttifaqındadır”.

Xezerxeber.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen parlamentdə illik çıxışında deyib. 

O bildirib ki, Avropa İttifaqı lazım olduğu müddətdə hər addımında Ukraynanın yanında olacaq.

Avropa Komissiyasının Prezidenti xatırladıb ki, Aİ indiyə qədər Ukrayna hökumətinə ölkənin xərclərini qarşılamaq üçün 12 milyard avro maliyyə yardımı edib. Onun sözlərinə görə, Aİ qarşıdakı dörd il üçün Ukraynanın yenidən qurulması və bərpası üçün 50 milyard avro maliyyə paketi ayırmağa hazır olduğunu bəyan edib.

Xəbər lenti