Xəzər Xəbər

Odessa vilayətinə dronlarla hücum edilib

Dünya | 13:12 • 13 Sentyabr 2023
Odessa vilayətinə dronlarla hücum edilib

Odessa vilayətinin İzmailski rayonunda bu gecə Rusiya tərəfinin zərbə endirici dronlarla hücumu nəticəsində limanətrafı və digər mülki infrastruktura ziyan dəyib, yanğın baş verib, altı nəfər yaralanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib. O deyib: “Təəssüf ki, dronlar hədəfə dəyib. Limanətrafı və digər mülki infrastruktura xətər yetirildiyi aşkarlanıb. Fəsadlar aradan qaldırılır. Hazırda xilasedicilər yanğının qarşısını almaqla məşğuldurlar”.

Onun sözlərinə görə, altı mülki şəxsin yaralanması barədə məlumat verilib: “Onlardan üçünün vəziyyəti ağırdır, digər üçü isə orta ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, onlara bütün lazımi tibbi yardım göstərilir”.

Ukraynanın cənubundakı Müdafiə qüvvələrinin mətbuat xidmətinin bildirdiyinə görə, gecə zərbə endirici “Şahed” dronlarından istifadə edilməklə həyata keçirilən kütləvi hava hücumu zamanı Ukrayna HHQ HHM Qüvvələri və vasitələri ilə düşmənin 32 pilotsuz uçan aparatı məhv edilib.

Xəbər lenti

Çox oxunanlar