Xəzər Xəbər

Rusiya XİN Ermənistanda dövlət çevrilişi hazırlanması barədə xəbərləri təkzib edib

Dünya | 12:22 • 13 Sentyabr 2023
Rusiya XİN Ermənistanda dövlət çevrilişi hazırlanması barədə xəbərləri təkzib edib

Ermənistan teleqram kanallarının dövlət çevrilişi etmək üçün 3 min “vaqnerçi”nin bu ölkəyə göndərilməsi barədə yaydıqları xəbər yalandır.

Xezerxeber.az xəbər verir ki, bunu Rusiya xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Onun sözlərinə görə, bu iddiaların heç bir əsası yoxdur.

M.Zaxarova vurğulayıb ki, Ermənistanın əhalisi çox deyil və bu şəraitdə 3 min “vaqnerçi”nin ölkəyə gəlişini sübut edən hər hansı fotolar və videolar olmalı idi.

Xəbər lenti

Çox oxunanlar