Xəzər Xəbər

“Sputnik Moldova”nın rəhbəri Moldovadan deportasiya edilib

Dünya | 11:39 • 13 Sentyabr 2023
“Sputnik Moldova”nın rəhbəri Moldovadan deportasiya edilib

“Sputnik Moldova”nın rəhbəri Vitali Denisov Moldova hakimiyyətinin qərarı ilə ölkədən deportasiya edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumat “Sputnik Moldova”nın teleqram kanalında yayılıb.

Məlumata görə, Moldova Miqrasiya Xidmətinin əməkdaşları əşyalarını və ev heyvanlarını götürməyə imkan vermədən ilk reyslə deportasiya qərarına əsasən Vitali Denisovu maşına mindirərək hava limanına aparıblar. Onun Moldovaya girişinə 10 il qadağa qoyulub. Deportasiyanın səbəbi açıqlanmayıb.

Hadisə ilə bağlı Rusiya səfiri Oleq Vasnetsovun məlumatlandırıldığı bildirilir.

Xəbər lenti

Çox oxunanlar