Xəzər Xəbər

Kreml İrəvannın hansı məqsədlər güddüyünü başa düşmək istəyir

Dünya | 14:38 • 11 Sentyabr 2023
Kreml İrəvannın hansı məqsədlər güddüyünü başa düşmək istəyir

ABŞ-Ermənistan təlimləri dərin təhlil tələb edir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. 

"Biz Ermənistanın hansı məqsədlər güddüyünü başa düşməliyik və biz bunu onunla dialoqda edəcəyik", deyə Rusiya prezidentinin sözçüsü vurğulayıb.

Kremlin rəsmi nümayəndəsi vurğulayıb ki, Moskva İrəvanın yaxın tərəfdaşı olub və olacaq, problemlər ola bilər, lakin onlar dialoq çərçivəsində həll edilməlidir.

Peskov Ermənistanın KTMT-dən çıxması ilə bağlı hələlik heç bir siqnalın olmadığını da söyləyib. (APA)

Xəbər lenti

Çox oxunanlar