Xəzər Xəbər

Moskvanın meri yenə Sobyanin oldu

Dünya | 10:03 • 11 Sentyabr 2023
Moskvanın meri yenə Sobyanin oldu

Sergey Sobyanin yenidən Moskva şəhərinin meri seçilib.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, o, 76,39% səs toplayıb. 

Sobyaninin lehinə 2 milyon 499 min 114 seçici səs verib.

Kommunist Partiyasının namizədi Leonid Zyuqanov 8,11% və ya 265 374 səs, LDPR-in namizədi Boris Çernışov 5,61% və ya 183 529 səs, Yeni Xalq Partiyasından Vladislav Davankov 5,34% və ya 174 869 səs, Dmitri Qusyev isə (Ədalətli Rusiya-Həqiqət naminə) 3,93% və ya 128 701 səs toplayıb.

Xatırladaq ki, Moskva Şəhər Seçki Komissiyasının sədri Olqa Kirillova məlumat vermişdi ki, Rusiya paytaxtında keçirilən seçkilərdə 3,3 milyona yaxın insan səsvermədə iştirak edib. 2,7 milyondan çox moskvalı uzaqdan elektron səsvermə yolu ilə öz seçimini edib.

Xəbər lenti

Çox oxunanlar