Xəzər Xəbər

Rusiya vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişinə məhdudiyyət qoyulub

Dünya | 11:51 • 10 Sentyabr 2023
Rusiya vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişinə məhdudiyyət qoyulub

Avropa Komissiyası Rusiya vətəndaşlarının şəxsi smartfon, avtomobil və kosmetika ilə Avropa İttifaqı (Aİ) ölkələrinə girişinə qadağa qoyulduğunu təsdiqləyib.

Xezerxeber.az-ın RBC-ya istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının izahında bildirilib.

Qeyd edilib ki, qadağa minik avtomobilləri və on nəfərə qədər adamın daşınması üçün nəzərdə tutulmuş avtomobilləri əhatə edir.

Bundan əlavə, ruslara özləri ilə noutbuk, smartfon, zinət əşyaları və hətta şampun kimi şəxsi əşyaları daşımaq qadağan edilib.

Xəbər lenti