Xəzər Xəbər

Mərakeşdə zəlzələ qurbanlarının sayı artır

Dünya | 09:08 • 10 Sentyabr 2023
Mərakeşdə zəlzələ qurbanlarının sayı artır

Mərakeşdə zəlzələdə ölənlərin sayı 2012 nəfərə çatıb, 2059 yaralı var.

Xezerxeber.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Fəlakət zonasında axtarış-xilasetmə işləri davam etdirilir. Ölü sayının artacağı ehtimal edilir.

Qeyd edək ki, sentyabrın 8-dən 9-na keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ baş verib. Mərakeş şəhərində bir neçə yaşayış binası və müxtəlif tikililər uçub.

Xəbər lenti

Çox oxunanlar