Xəzər Xəbər

Mərakeşdə zəlzələdə ölənlərin sayı 1000-i keçdi YENİLƏNİB-2

Dünya | 17:57 • 9 Sentyabr 2023
Mərakeşdə zəlzələdə ölənlərin sayı 1000-i keçdi

Mərakeşdə zəlzələdə ölənləri sayı 1000-i keçib, 1200-dən çox yaralı var.

Xezerxeber.az xəbər verir ki, Krallığın televiziyası zəlzələdə 1037 nəfərin həyatını itirdiyi, 1204 nəfərin yaralandığı barədə məlumat yayıb.

Axtarış-xilasetmə işləri davam etdirilir.

12:25

Mərakeşdə zəlzələdə ölənlərin sayı 632-yə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Zəlzələ nəticəsində 329 nəfər xəsarət alıb.

Qeyd edək ki, sentyabrın 9-na keçən gecə Mərakeşdə 7 maqnitadalı zəlzələ baş verib.

Zəlzələnin episentri Mərakeş şəhərindən 77 km uzaqlıqda, 10 km dərinlikdə olub.

Yeraltı təkanlar şimalda yerləşən paytaxt Rabatdan cənubda yerləşən Sidi-İfni şəhərinə qədər 400 km radiusda hiss olunub.

Mərakeş şəhərində bir neçə yaşayış binası və müxtəlif tikililər uçub.

Dağıntılar altında qalanlar var. Ölü sayının artacağı ehtimal edilir.

Axtarış xilasetmə işləri davam etdirilir.

08:51

Mərakeşdə zəlzələ nəticəsində 296 nəfər ölüb. Zəlzələnin gücü 6.9 bal olub.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

“Goud” portalının məlumatına görə, Əl-Hauz, Şişaya, Uarzazat əyalətlərində və Mərakeş şəhərində onlarla insan həlak olub. Zəlzələdən zərər çəkmiş ərazilərdə elektrik enerjisi və mobil rabitə ilə bağlı ciddi problemlər yaranıb.

Mərakeşin turizm mərkəzi və mədəniyyət paytaxtı Mərakeş şəhərində, eləcə də ölkənin ən böyük üzgüçülük kurortu olan Aqadirdə yaşayış binalarının və müxtəlif tikililərin uçması qeydə alınıb.

Yeraltı təkanlar Krallığın bir sıra iri şəhərlərində, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub. Hazırda xilasetmə qüvvələri ərazidə işləyirlər.

Xəbər lenti

Çox oxunanlar