Xəzər Xəbər

Rostovda PUA-nın düşdüyü ərazidə fövqəladə vəziyyət rejimi tətbiq edilib

Dünya | 10:57 • 7 Sentyabr 2023
Rostovda PUA-nın düşdüyü ərazidə fövqəladə vəziyyət rejimi tətbiq edilib

Rostov-na-Donu şəhərinin Puşkinskaya küçəsində PUA-nın düşdüyü ərazidə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Telegram kanalında Rostov vilayətinin qubernatoru Vasili Qolubev məlumat verib. 

O, Puşkinskaya küçəsindəki 3 evin əhatə etdiyi ərazi boyunca fövqəladə rejim tətbiq edildiyini deyib.

Rayon rəhbərinin sözlərinə görə, həmin evlərdə 99 nəfər yaşayır. Şəhər rəhbərliyi artıq onların səyyar mənzil fondunda yerləşdirməsini təklif edib.

Hazırda dəymiş ziyanın müəyyənləşdirilməsi üçün əraziyə baxış keçirilir. Qolubev əlavə edib ki, dəymiş ziyan aradan qaldırıldıqdan sonra sakinlərə ödənişlər həyata keçiriləcək.

Xəbər lenti