Xəzər Xəbər

Rusiyalı iş adamlarının müsadirə edilən aktivləri ukraynalı veteranlara dəstək üçün istifadə olunacaq

Dünya | 10:48 • 7 Sentyabr 2023
Rusiyalı iş adamlarının müsadirə edilən aktivləri ukraynalı veteranlara dəstək üçün istifadə olunacaq

ABŞ dövlət katibi Entoni Blinken sanksiyalara məruz qalan rusiyalı iş adamlarından müsadirə edilən aktivlərin ukraynalı veteranlara dəstək üçün istifadə olunacağını bildirib.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda deyilir. 

“Biz ilk dəfədir ki, Ukraynaya sanksiyaya məruz qalan rus oliqarxlarından müsadirə edilmiş aktivləri göndəririk və bu aktivlərdən ukraynalı veteranların dəstəklənməsi üçün istifadə olunacaq”, - o deyib.

Dövlət Departamentinin yaydığı bəyanatda qeyd edildiyi kimi, söhbət 5,4 milyon dollar məbləğində vəsaitdən gedir.

Blinken daha əvvəl Vaşinqtonun Kiyevə 1 milyard dollardan çox əlavə yardım edəcəyini açıqlamışdı.

Xəbər lenti