Xəzər Xəbər

Rusiya və Türkiyə taxıl ixracı barədə razılıq əldə ediblər

Dünya | 22:52 • 6 Sentyabr 2023
Rusiya və Türkiyə taxıl ixracı barədə razılıq əldə ediblər

Rusiya və Türkiyə bir milyon ton taxıl ixracı barədə razılıq əldə ediblər.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bununla bağlı bütün prinsipial razılıqlar əldə edilib və sövdələşmənin texniki tərəflərinin hazırlanması üçün tezliklə işgüzar əlaqələr yaradılacaq. Tərəflər logistik, maliyyə və digər məsələləri müzakirə edəcəklər.

Xəbər lenti