Xəzər Xəbər

Ukrayna parlamenti müdafiə nazirini istefaya göndərib

Dünya | 15:59 • 5 Sentyabr 2023
Ukrayna parlamenti müdafiə nazirini istefaya göndərib

Ukrayna Ali Radası (parlament) ölkənin müdafiə naziri Aleksey Reznikovu istefaya göndərib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ali Radanın mətbuat xidməti məlumat yayıb. 

Səsvermə zamanı parlamentarilərdən 327 nəfər lehinə, 4 nəfər isə əleyhinə səs verib.

Həmçinin bildirilib ki, yeni müdafiə nazirinin təyinatı ilə bağlı səsvermə sabah keçiriləcək.

Xatırladaq ki, 3 sentyabrda Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində Aleksey Reznikovun Dövlət Əmlak Fondunun hazırkı rəhbəri Rustem Umerovla əvəzlənəcəyi qərarını açıqlayıb. Bunun ardınca Reznikov parlamentə istefa verməsi barədə məktub göndərib və onun istefası parlament tərəfindən təsdiqlənib.

Yeni nazirin təyin olunması üçün Zelenski həmin şəxsin namizədliyini Radanın müzakirəsinə təqdim etməlidir.

Xəbər lenti

Çox oxunanlar