Xəzər Xəbər

Putinin “Taxıl sazişi”nin yenilənməsi üçün 2 şərti var - Ərdoğan açıqladı

Dünya | 14:48 • 5 Sentyabr 2023
Putinin “Taxıl sazişi”nin yenilənməsi üçün 2 şərti var - Ərdoğan açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara Dəniz Taxıl Təşəbbüsünün (“Taxıl sazişi”nin) yenilənməsi üçün Rusiya Prezidenti Vladmir Putinin 2 şərtini açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Şərtlərdən biri Rusiya Kənd Təsərrüfatı Bankının (Rosselxozbank) Türkiyənin “Ziraat Bankı”nın SWIFT sisteminə qoşulmasından ibarətdir.

Türkiyə Prezidentinin sözlərinə görə, Putinin ikinci şərti taxıl nəqlində iştirak edən gəmilərin sığortalanması məsələsinin həllidir.

Ərdoğan onu da əlavə edib ki, Rusiya Prezidenti Putin ilkin mərhələ üçün 6 ölkəyə 1 milyon ton taxıl göndərməyə razılaşıb.

Xəbər lenti

Çox oxunanlar