Xəzər Xəbər

Ukrayna və Türkiyə prezidentləri arasında telefon danışığı olacaq

Dünya | 09:30 • 5 Sentyabr 2023
Ukrayna və Türkiyə prezidentləri arasında telefon danışığı olacaq

Ukrayna və Türkiyə prezidentləri Volodimir Zelenski ilə Rəcəp Tayyib Ərdoğan arasında növbəti dəfə danışıqlar aparılacaq.

Xezerxeber.az xəbər verir ki, “The Guardian”a müsahibəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba söyləyib.

Nazirin sözlərinə görə, Türkiyə lideri Rusiya Prezidenti Vladimir Putinlə görüşdükdən sonra Ukrayna və Türkiyə prezidentləri müzakirələr aparacaqlar.

D.Kuleba, həmçinin vurğulayıb ki, Ukrayna və Türkiyə liderləri arasında münasibətlərdə böyük etimad var.

Xəbər lenti