Xəzər Xəbər

Qazaxıstanda MATƏM elan edilib

Dünya | 14:30 • 11 İyun 2023
Qazaxıstanda MATƏM elan edilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyunun 12-ni ümummilli matəm günü elan edib.

Bu barədə Xezerxeber.az-a Qazaxıstan mətbuatına istinadən xəbər verir.

Dövlət başçısı Abay rayonuna səfər edib, burada Semey Ormanı təbiət qoruğunda baş vermiş irimiqyaslı yanğın nəticəsində həlak olan meşə təsərrüfatı işçilərinin ailələrinə və yaxınlarına başsağlığı verib.

Xatırladaq ki, Batpaevski meşə təsərrüfatının ərazisində ilkin olaraq 0,3 hektar sahədə ağaclar yanıb. Yanğının söndürülməsi üçün helikopter gətirilib. Bundan başqa, meşə yanğınının söndürülməsinə üç rayondan xilasedicilər göndərilib. İlkin yanğın sahəsi artıq 60 min hektardan çoxdur.

Son məlumata görə, yanğın nəticəsində 14 nəfər ölüb.

Xəbər lenti