Radikal “Əl-Şəbab” qruplaşmasının silahlılarının Afrika İttifaqının Keçid Missiyasının (AİKM) Somalidəki hərbi bazasına hücumu nəticəsində 54 Uqanda əsgəri ölüb.
Xezerxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Uqanda Prezidenti Yoveri Museveni bildirib.
Parlament üzvlərinə Somalidəki insidentlə bağlı məlumat verdidiyini deyən dövlət başçısı qeyd edib: “Əsgərlərimiz yenidən qruplaşıblar və nəticədə baza geri alınıb. Biz həlak olan 54 əsgərin meyitini aşkar etmişik.