Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olacaq.
Xezerxeber.az "Tass"a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Əminliklə demək olar ki, Putinlə Ərdoğan arasında telefon danığışı tezliklə baş tutacaq”, -deyə Peskov vurğulayıb.
Kremlin rəsmi nümayəndəsi Putin-Ərdoğan görüşünün perspektivləri barədə də danışaraq bildirib ki, yaxın vaxtlarda görüş hələlik yoxdur, lakin hansısa anda bu baş verəcək.
Bu gün axşam saatlarında isə Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı planlaşdırılır.
Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
Bayden dünən Ərdoğanı prezident seçkisində əldə etdiyi qələbə ilə bağlı təbrikində “Mən ikitərəfli məsələlər və ümumi qlobal çağırışlar üzrə NATO müttəfiqimizlə birgə işləməyə davam etməyi səbirsizliklə gözləyirəm” deyib.
Qeyd edək ki, Türkiyədə mayın 28-də prezident seçkisinin ikinci turunda “Cümhiuriyyət İttifaqı”nın namizədi, Prezidenti Rəcəb Tayyib Ərdoğan 52,16 faiz səslə yenidən bu posta seçilib.
Onun rəqibi Cümhuriyyət Xalq Parsiyasının sədri, “Millət ittifaqı”nın prezidentliyə namizədi Kamal Kılıcdaroğlu 47,84 faiz səs toplayıb.