Ukraynanın paytaxtı Kiyevə “Şahed” və digər pilotsuz uçuş aparatları ilə hücum olub.
Xezerxeber.az xəbər verir ki, 20-dən çox hava hədəfi vurulub.
Dronların kütləvi hücumu zamanı bir nəfər ölüb biri isə xəstəxanaya yerləşdirilib.
“35 yaşlı qadın yanacaqdoldurma məntəqələrindən birinin binasının yaxınlığında PUA-nın dağıntılarının düşməsi nəticəsində paytaxtın Solomenski rayonundakı xəstəxanaya yerləşdirilib. 41 yaşlı kişi isə dünyasını dəyişib”, - deyə Kiyev meri Kliçklo bildirib.