Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə əlaqəli olan 51 fiziki və 220 hüquqi şəxsə qarşı növbəti sanksiya tətbiq edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Müvafiq sərəncam dövlət başçısının saytında yerləşdirilib.
Yeni sanksiya siyahısına daxil edilən şirkətlər arasında “Mobil telesistemlər” (MTS), “Volqa-Dnepr lizinq”, “RJD logistika”, “RJDstroy”, Solikamsk Təcrübə Metallurgiya Zavodu, Dövlət Kimya Məhsulları Elmi-Tədqiqat İnstitutu və Minsk Avtomobil Zavodu var.