Ermənistan regionda hərtərəfli və davamlı sülhün bərqərar olmasına sadiqdir, lakin prosesdə bir sıra məsələlər həll edilməlidir.
Xezerxeber.az "sputnik armenia"a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın Dövlət Deportamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Luis Bono ilə görüşündə deyib.
Mirzoyan güc tətbiqindən əl çəkməyin, sərhədlərin dəqiq müəyyənləşdirilməsinin, sərhəd təhlükəsizliyinin təmin edilməsinin, habelə Qarabağa beynəlxalq zəmanətin verilməsi mexanizminin vacibliyini bildirib.
"Ancaq Mirzoyan bu zəmanətin nədən ibarət olmasını açıqlamayıb."
Söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi müzakirə edilib, danışıqlar zamanı səslənən bəyanatların aydınlaşdırılması və razılıq tələb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.