Cənubi Koreyanın “Asiana hava yolları” şirkətinə məxsus sərnişin təyyarəsi uçuşda olarkən qapılarından biri açılıb.
"Yonhap" agentliyi xəbər yayıb ki, bu barədə Dequ şəhərinin hava limanı açıqlama yayıb.
Hadisə nəticəsində 6 sərnişinin tənəffüs çətinliyi yaşadığı bildirilir. Pilotlar təyyarəni qəzasız Dequ hava limanına endirə biliblər.