Baş nazir Nikol Paşinyanın mətbuat konfransında dedikləri Ermənistan hakimiyyətinin danışıqlar prosesində mövqelərini itirməsinin növbəti etirafı idi. Üstəlik, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla biz Dağlıq Qarabağın siyasi və ya inzibati-ərazi subyektivliyi baxımından heç bir təminat almırıq.
Bu sözləri erməni politoloq Suren Sureniants “sputnik armenia”a müsahibəsində deyib:
"Bu, onu göstərir ki, Ermənistan müharibədən sonrakı dövrdə Azərbaycana güzəştə getməkdən və xidmət etməkdən başqa heç nə etməyib", - Surenyants qeyd edir.
Onun sözlərinə görə, Azərbaycan Qərbdən istədiyini “qopara bilib”:
"Yəni, Bakı heç olmasa Dağlıq Qarabağın muxtariyyətinin təmin edilməsi məsələsində heç bir öhdəlik götürmədən 86,6 min km ərazinin tanınmasını təmin edə bilib."
Surenyants qeyd edir ki, erməni diplomatiyası bütün danışıqlar platformalarında - Vaşinqtonda, Moskvada, Brüsseldə öz mövqelərini itirir:
"Biz bunun müqabilində istər Ermənistanın təhlükəsizliyi, istərsə də Dağlıq Qarabağın subyektivliyi baxımından əhəmiyyətli heç nə almadan daim təslim oluruq. Çox təəssüf ki, bu məntiqdən çıxış edərək, ən riskli sənədə qol çəkəcəyik”, - deyə politoloq bildirib.
Qeyd edək ki, mayın 22-də Ermənistan Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistan Azərbaycan ərazisini 86,6 min km² olaraq tanıyır, bura Qarabağ ərazisi də daxildir.