Xəbər verdiyimiz kimi, “Ata” siyasi blokundan prezidentliyə keçmiş namizəd Sinan Oğan prezident seçkilərinin ikinci turunda kimi dəstəkləyəcəyini açıqlayıb.
Sinan Oğanın açıqlamalarından diqqət çəkən məqamları təqdim edirik:
Bildiyimiz kimi, mayın 14-də keçirilən seçkilərin ikinci turu var. “Ata” siyasi blokunun prezidentliyə namizədi olaraq birinci turda 5,2 faiz səs toplayaraq seçkilərin ikinci turunda effektiv bir nöqtəyə çatdıq.
Seçkilərin son 3 günündə əleyhimizə başlanan kompaniyalar bəzi seçicilərimizin təşvişinə səbəb olub.
Bu “mədəniyyət” demokratiyamıza zərbədir.
Biz ilk gündən bir plan ortaya qoyduq və bu plana sadiq qaldıq. Bu seçkiləri qiymətləndirdikdə aydın olur ki, bizə qarşı “bazar”lıq iddiaları irəli sürənlər indi guya bizi tanımır.
"Beləliklə, danışıqlar və məsləhətləşmələrin nəticəsi olaraq seçkilərin ikinci turunda “Cümhur İttifaqı”nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyimizi bəyan edir və seçicilərimizi cənab Ərdoğana səs verməyə dəvət edirəm."
18:30
“Ata” siyasi blokundan prezidentliyə keçmiş namizəd Sinan Oğan prezident seçkilərinin ikinci turunda kimi dəstəkləyəcəyini açıqlayıb.
Xezerxeber.az TRT-yə istinadən xəbər verir ki, o, “Cümhur İttifaqı”ndan prezidentliyə namizəd, hakim AK Parti (Ədalət və İnkişaf Partiyası), hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bildirib.
Xəbər yenilənəcək.