Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) yararsız hesab edəcəyi təqdirdə təşkilatdan çıxacaq.
Xezerxeber.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə mətbuat konfransında deyib.
“Əgər Ermənistan KTMT-dən çıxmaq barədə hüquqi qərar qəbul etsə, bu, təşkilatın İrəvanı tərk etməsindən sonra baş verəcək. Əgər KTMT fəaliyyətsiz təşkilata çevrilərsə, məsələ gündəliyə gələcək. O zaman biz təhlükəsizliyimizi özümüz təmin etməli olacağıq”, - deyə Paşinyan bildirib.
Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi 1992-ci il mayın 15-də Daşkənd şəhərində imzalanıb. Hazırda təşkilata altı dövlət - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan, Belarus və Rusiya daxildir.