Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 23-də Moskvaya səfərə gedəcək.
Xezerxeber.az xəbər verir ki, məlumatı Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti yayıb.
Səfər Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin dəvəti ilə həyata keçirilir.
A.Qriqoryan təhlükəsizlik məsələləri üzrə 11-ci beynəlxalq toplantıya qatılacaq.
Səfər mayın 25-də başa çatacaq.