ABŞ Prezidenti Co Bayden bazar günü Ukrayna lideri Volodimir Zelenskidən Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya doğru irəliləmək üçün dördüncü nəsil "F-16" qırıcılarından istifadə etməyəcəyinə dair zəmanət aldığını bildirib.
Xezerxeber.az xəbər verir ki, Xirosimada keçirilən Yeddilik Qrupu (G7) sammiti çərçivəsində keçirilən mətbuat konfransında müxbirin F-16 qırıcılarının tədarükü münaqişəni qızışdırıb-qaldırmayacağı sualına Bayden belə cavab verib: “Mənim Zelenskidən dəqiq əminliyim var ki, onlar Rusiya ərazisinə irəliləmək üçün "F-16" qırıcılarından istifadə etməyəcəklər”.