Xəzər Xəbər

Kuleba BMT TŞ-də sədrliyin Rusiyaya keçməsini kəskin tənqid edib

Dünya | 17:50 • 1 Aprel 2023
Kuleba BMT TŞ-də sədrliyin Rusiyaya keçməsini kəskin tənqid edib

"Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi beynəlxalq ictimaiyyətin üzünə vurulan sillədir".

Bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba tviter hesabında yazıb.

"Mən BMT Təhlükəsizlik Şurasının hazırkı üzvlərini Rusiyanın öz prezidentliyindən sui-istifadə etmək cəhdlərinin qarşısını almağa çağırıram", - Ukrayna XİN başçısı qeyd edib.

Xatırladaq ki, aprelin 1-dən BMT TŞ-yə sədrlik Rusiyaya keçib.

Xəbər lenti