Rusiya ordusu ötən gün Xerson vilayətini 54 dəfə atəşə tutub. Düşmən ağır artilleriya, aviasiya və “Qrad”lardan 439 mərmi atıb.
Bu barədə Xezerxeber.az Xerson vilayətinin hərbi administrasiyasının başçısı Aleksandr Prokudinin telegram-kanalına istinadla xəbər verir. Onun sözlərinə görə, işğalçılar Xerson şəhərinə 5 dəfə hücum ediblər. Atılan mərmilərin 27-si şəhərin yaşayış məhəllələrinə, fərdi evlərə və çoxmənzilli binalara düşüb. Hücum nəticəsində 3 mülki şəxs həlak olub, 2 nəfər yaralanıb.
Bundan əlavə, martın 31-də Xerson vilayətinin işğal olunmuş ərazisindən 91 mülki şəxs təxliyə edilib.