Ermənistan ordusunun hərbi qulluqçuları arasında ölümlə nəticələnən atışma baş verib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin cənub-şərqində qeydə alınıb.
Əlverişsiz hava şəraitində yanlışlıqla erməni hərbçilər bir-biri ilə atışmaya girib. Nəticədə, hərbi qulluqçu Qraçya Saruxanyan ölüb, daha 1 hərbi qulluqçu isə yaralanıb.
İnsidentin səbəbləri araşdırılır.