Türkiyə Böyük Millət Məclisi Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.
Xezerxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, Finlandiya Alyansa tam şəkildə daxil olmaq üçün qanuni əsaslar əldə edib.
Qeyd edək ki, Türkiyə Finlandiyanın Alyansa qoşulmasını dəstəkləməyən sonuncu NATO üzvü idi.